SİZİN REKLAM BURADA!
055 213 76 73



Ölkə gündəmini zəbt edən falçının qızları zorlaması xəbəri neçə gündür hər kəsin müzakirə etdiyi xəbərlərdəndir.

Space Tv-nin efirində yayımlanan "Olar? Olmaz!" verilişinə qızların birinin anası açıqlama verib. Verilişə müraciət edən qadın qızını heç vaxt atmayacağını və falçının tələsinə düşdüyünü vurğulayıb.

Onun sözlərinə görə, bu məsələdən mediadan xəbər tutub. Qızının Ramil Talıbov adlı şəxsin əsrliyində qaldığını bildirən ana hər kəsi həssas olmağa çağırıb:

"Bu yaşda olan uşaqlarda falçıya getmək meyli olur. Qızım da gedib. Bir səhvdir edib. Mən anayam. Heç vaxt qızımı atan deyiləm".

Aparıcı Amil Xəlilin qızların birinə yönləndiriyi "peşmansınızmı?" sualı, zorlandığını iddia edən qızı göz yaşlarına boğub.

Qızını tək böyütdüyünü deyən xanım adiyyatı qrumların bu işi tezliklə həlll etməsini xahiş edib.

Verilşdə iştirak edən daha bir qəhrəmanın açıqlamaları isə 9 may tarixində saat 19:55 də tamaşaçılara təqdim ediləcək.

BAKU.WS