SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Şamaxı yolunda əks istiqamətdə axına qarşı hərəkət edən 19-BD-716 qeydiyyat nişanlı "Kamaz" markalı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az saytdında işıqlandırılıb.

Lent.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dərhal rekasiya verərək bu məsələni ciddi nəzarət altına alıb və sürücünü aşkar edib. Bu, Qobustan rayonu, Nardaran kənd sakini Baxışov Mahir Haxverdi oğludur. Sürücünün hərəkətində avtoxuliqanlıq əlamətləri olduğuna görə iş məhkəməyə göndərilib. Mayın 4-də Qobustan rayon Məhkəməsi tərəfindən həmin sürücü barədə qərar qəbul olunub.

Qərara əsasən sürücü Mahir Baxışov barəsində 15 gün müddətində inzibati həbs tətbiq olunub və onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.

BAKU.WS