SİZİN REKLAM BURADA!
055 213 76 73



Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində müzakirəyə çıxarılan dəhşətli cinayət gündəmi zəbt edib.

BAKU.WS
-in məlumatına görə, gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağalə oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandıran Əsədova Kəmalə Kamil qızı bu gün efirə gəlib.

Qadın kürəkənini yandırma səbəbini belə izah edib: "Qızıma döyüb-söymürdü, sadəcə ailəsinə baxmırdı. Onları mən saxlayırdım. Həm də mənə elə gəlirdi ki, uşaqları öldürəcək. Gözümə qara şeylər görünürdü".

Bəli, belə bir dəhşətli cinayəti törədən qaynananın ruhi xəstə olduğu əsas gətirilərək həbs edilməyib. Azadlıqda gəzən qadın qudası ilə - Tərlanın anası Sahilə xanımla barışmaq istəyini dilə gətirib. Onun bu istəyi ekspertləri və aparıcını qəzəbləndirib.

Hazırda xəstəxanada yatan Tərlanın vəziyyəti isə olduqca ağırdır. Sirkə turşusu onun bədənini o dərəcədə əridib ki, kürək hissədən bağırsaqları görünür. Gözləri də tutulan Tərlan ağrılar səbəbindən çətinliklə danışa bilir. Onun sagalması üçün ilkin olaraq 40 000 manat pul tələb olunur.


Qaynananın törətdiyi vəhşilikdən psixoloji sarsıntı keçirdiyini dilə gətirən Xoşqədəm Hidayətqızı tamaşaçılara üz tutaraq Tərlanın sağalması üçün kömək istəyib: "Yalvarıram sizə, kömək edin. Özümü bu ananın yerində təsvir edərkən dəhşətə gəlirəm. Tərlan çox acı çəkir. Sirkə turşusu kürəyindəki dərini bütünlüklə əridib. Kürək nahiyəsinə dəri köçürülməlidir. Bu da küllü miqdarda vəsait tələb edir. Yalvarıram, imkanı olan kömək etsin".

Hadisə polis tərəfindən araşdırılır. Qaynananın - Əsədova Kəmalə Kamil qızının ruhi xəstəxanaya yerləşdiriləcəyi təxmin edilir.

Zülfiyyə Qurbanova
BAKU.WS