VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Formula 1 Azərbaycan Qran Prisi"ni izləmək üçün Bakıya turist kimi gələn əcnəbinin başına iş gəlib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Polşa vətəndaşı Koçot Morius polisə müraciət edərək, ona məxsus pul kisəsini və sənədləri itirdiyini bildirib.

Qısa zaman kəsiyində Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib ki, turist pul kisəsini tanışları ilə birgə qaldığı hotelə gedən zaman taksidə unudub. Həmin taksi sürücüsünün şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Sürücü ilə əlaqə yaradılıb və o, könüllü şəkildə turistin pul kisəsini Polis Şöbəsinə gətirərək təhvil verib.

Pul kisəsini itirən turist K.Moriusin adından tanışı Piter Lyubinski problemin qısa zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə polislərə təşəkkürünü bildirib: “Taksidən düşəndən sonra həmkarımın pul kisəsini itirdiyini bildik. İçərisində pul və sənədlər var idi. Daha sonra polisə zəng etdik. İki saatdan sonra polislər bizə zəng etdilər. Taksi sürücüsünün polis şöbəsinə gəldiyini və itən sənədlərimizi, pulumuzu gətirdiyini dedilər. Biz polislərə və Azərbaycan xalqına bu dost münasibətə görə təşəkkür edirik”.

Polşalı turistlər bildirib ki, 10 ilə yaxındır "Formula 1" yarışlarını izləmək üçün dünyanın bir çox ölkəsində olublar. Amma indiyə qədər heç bir ölkədə bu qədər qonaqpərvərliyin və polisin belə operativliyinin şahidi olmayıblar.

BAKU.WS