VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu gün saat 09:16-da Bakı Metrosunda sərnişinlər həyəcanlı anlar yaşayıblar.


BAKU.WS
-in məlumatına görə, metronun "Ulduz” stansiyasından "Nərimanov” stansiyasına gedən istiqamətdə qatar tuneldə qalıb. Təxminən 10 dəqiqə tuneldə qalan qatardakı sərnişinlər təşviş yaşayıblar. Bundan əlavə, ümumi qatarların hərəkətində bir qədər gecikmələr müşahidə olunub.


Məsələni aydınlaşdırmaq üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə bildirdi ki, səhər saatlarında metorunun "Həzi-Aslanov” istiqamətindən hərəkət edən 42 saylı marşrut qatarında texniki nasazlıq olub. Bu səbəbdən də, "Həzi-Aslanov” istiqamətindən "İçərişəhər” istiqamətinə hərəkət edən 15 saylı marşrut qatarı tunelda qalıb.


"Nasazlıq aradan qaldırılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda qatarlar hərəkət qrafikinə uyğun işləyirlər”, - deyə Nəsimi Paşayev bildirib.


Ziya Səccad

BAKU.WS