SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda dəhşətli cinayət baş verib.

BAKU.WS
xəbər verir ki, Əsədova Kəmalə Kamil qızı gecə saatlarında kürəkəninin evinə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb.

Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə müraciət edən Sahilə adlı yaşlı qadının danışdıqları hər kəsi dəhşətə gətirib:

"Oğlumun qaynanası yatdığı yerdə "kislota" ilə bütün bədənini yandırıb. Sonda isə kislotanın qabını oğlumun başında sındırıb. Bədəni bütün sarğının içindədir. Həkim deyir ki, oğlumun kürəyindən bütün bağırsaqları görünür. Oğlumun gözləri də kor olub".

Qeyd edək ki, hadisə polis tərəfindən araşdırılır. Qaynananın - Əsədova Kəmalə Kamil qızının ruhi xəstəxanaya yerləşdiriləcəyi təxmin edilir.

Zülfiyyə Qurbanova
BAKU.WS