SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəranda evdə partlayış olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xolmili kəndində baş verib.

Evdəki olan məişət qaz balonu partlayışa səbəb olub. Nəticədə ev sahibi, 57 yaşlı Bağırov Sübhan Baloğlan oğlu bütün bədən səthinin 2-ci dərəcəli termik yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır yanıq xəsarəti alan yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

BAKU.WS