» » 400 minlik toyu olan məmur qızının keçmiş əri indiki ərini döydü - ŞOK HADİSƏ


16-04-2018 | 16:53

  • 10 579

400 minlik toyu olan məmur qızının keçmiş əri indiki ərini döydü - ŞOK HADİSƏ


Bir müddət öncə adı qalmaqallı hadisələrdə hallanan Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkəni Elşən Əsgərlinin məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, E.Əsgərli keşmiş arvadının indiki ərini döyməkdə ittiham olunur. Xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlı Nərimanov Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

İslam Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Proses aprelin 23-də davam etdiriləcək.

İttiham aktına əsasən, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.

İstintaq araşdırması zamanı E.Əsgərli və digər şəxslərin O.Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.

E.Əsgərli O.Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb.

Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində E.Əsgərli tanışları A.Nəsibov və N.Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da O.Əhmədovla görüşüblər.

Görüş zamanı O.Əhmədov E.Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı E.Əsgərli O.Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub. O.Əhmədovu vuran E.Əsgərli daha sonra Vaqif küçəsində olan Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. O.Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.

Yanacaqoldurma məntəqəsinin yanında olan zaman O.Əhmədov mübahisəsini davam etdirib.

Bu zaman E.Əsgərli uca səslə O.Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

E.Əsgərli O.Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşəməyə çağırıblar, onun əl-qolunu tutaraq, O.Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.

Bu vaxt E.Əsgərlinin tanışları – N.Bayramlı və A.Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə O.Əhmədovu bir qədər kənara çəkiblər. Orada A.Nəsibov O.Əhmədovun üz nahiyəsində bir kəllə vurub. Daha sonra A.Nəsibov və N.Bayramlı zərbənin təsirindən yerə yıxılmış O.Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub.

Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan E.Əsgərli O.Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb.

Baş verən hadisə zamanı O.Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.

Qeyd edək ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra Oktay Əhmədov ilə ailə qurub. Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi barədə mətbuatda məlumatlar yayılıb. Ailə isə bu informasiyanın şişirdildiyini açıqlayıb.

BAKU.WS
Teqlər: hadisə məhkəmə
Top XəbərlərЛучшее на сайте
Bakıda alt geyimində intihar edən qadının kimliyi məlum oldu – VİDEO Bakıda alt geyimində intihar edən qadının kimliyi məlum oldu – VİDEO Əsas Xəbər / Hadisə Bakıda dəhşətli anlar - qadın alt geyimində özünü 17-ci mərtəbədən atdı - VİDEO Bakıda dəhşətli anlar - qadın alt geyimində özünü 17-ci mərtəbədən atdı - VİDEO Hadisə / Video Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO Hadisə / Video Bakı metrosunda biabırçılıq – Qısa ətəyə görə dava - VİDEO Bakı metrosunda biabırçılıq – Qısa ətəyə görə dava - VİDEO Hadisə / Video Emin Ağalarov ikinci dəfə ailə qurdu - VİDEO Emin Ağalarov ikinci dəfə ailə qurdu - VİDEO Əsas Xəbər / Həyat tərzi “Ancaq pullu kişilərlə görüşürəm” – yandırıb-yaxan Aygün - FOTOLAR “Ancaq pullu kişilərlə görüşürəm” – yandırıb-yaxan Aygün - FOTOLAR Şou-biznes Gəncədə terror törədən şəxs məhv edildi Gəncədə terror törədən şəxs məhv edildi Əsas Xəbər / Hadisə Tuneldə yolu bağlayıb şou göstərən sürücülər tapıldı - VİDEO Tuneldə yolu bağlayıb şou göstərən sürücülər tapıldı - VİDEO Hadisə / Video Sürücülərə ŞAD XƏBƏR - Yeni qərar qəbul edildi Sürücülərə ŞAD XƏBƏR - Yeni qərar qəbul edildi Sosial Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR –  VİDEO Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR – VİDEO Əsas Xəbər / Hadisə Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO Əsas Xəbər / Video Adnan Oktarın azərbaycanlı Adnan Oktarın azərbaycanlı "kedicikləri" ayağa qalxdı: Bakıda məmur övladlarıyla.. - FOTO,VİDEO Kriminal / Video Həyacan təbili! Bakı bulvarında iri qara ilanlar peyda oldu - VİDEO Həyacan təbili! Bakı bulvarında iri qara ilanlar peyda oldu - VİDEO Şou-biznes / Sosial Bakının mərkəzində qəribə hadisə - avtomobilə ciddi zərər dəydi (VİDEO) Bakının mərkəzində qəribə hadisə - avtomobilə ciddi zərər dəydi (VİDEO) Hadisə / Video Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT Əsas Xəbər / Həyat tərzi Xəzər dənizini qanunsuz zəbt edən tikililər söküləcək – CİNAYƏT İŞİ BAŞLANDI Xəzər dənizini qanunsuz zəbt edən tikililər söküləcək – CİNAYƏT İŞİ BAŞLANDI Sosial Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO Şou-biznes İlham Əliyevdən Əli Həsənov, Azad Rəhimov və Əflatun Amaşovla bağlı SƏRƏNCAM İlham Əliyevdən Əli Həsənov, Azad Rəhimov və Əflatun Amaşovla bağlı SƏRƏNCAM Əsas Xəbər / Siyasət Bakıda oteldə ərəb öldü – FOTO Bakıda oteldə ərəb öldü – FOTO Əsas Xəbər / Hadisə Emma Ələkbərzadənin paylaşdığı video rəsmi qurumları hərəkətə gətirdi - VİDEO Emma Ələkbərzadənin paylaşdığı video rəsmi qurumları hərəkətə gətirdi - VİDEO Əsas Xəbər / Sosial
Son əlavəПоследние публикации
Dolların bu günə olan məzənnəsi
20 iyul 2018

Dolların bu günə olan məzənnəsi

9 İqtisadiyyat
Azərbaycan nefti cüzi ucuzlaşıb
19 iyul 2018

Azərbaycan nefti cüzi ucuzlaşıb

171 İqtisadiyyat
Qubada soyğunçuluq edən dəstə tutulub
19 iyul 2018

Qubada soyğunçuluq edən dəstə tutulub

249 Kriminal
Ronaldudan kral bəxşişi: 20 min avro
19 iyul 2018

Ronaldudan kral bəxşişi: 20 min avro

727 İdman
Aygün Bəylərə ağır itki - FOTO
19 iyul 2018

Aygün Bəylərə ağır itki - FOTO

677 Şou-biznes
Dolların sabaha olan məzənnəsi açıqlandı
19 iyul 2018

Dolların sabaha olan məzənnəsi açıqlandı

130 İqtisadiyyat
Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq
19 iyul 2018

Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq

396 Əsas Xəbər / Sosial