SİZİN REKLAM BURADA!
055 213 76 73



Daimi oxucularımızdan biri tərəfindən BAKU.WS-ə video göndərilib.

Görüntülərdə bir turistin Qəbələdə yerləşən "Karvan" otelində nömrəyə daxil olaraq yatağın yanındakı dolabda şpris və salfetka tapdığı görünür.

Mövzu ilə əlaqədar BAKU.WS otellə əlaqə saxlayıb. Otelin nümayəndəsi Rafiq Kərimov bildirib ki, bu hadisə ilə bağlı onlarda heç bir məlumat yoxdur. "Bizə otel olaraq belə bir şikayət daxil olmayıb. Əgər görüntülərdə otelin işçisi yoxdursa o zaman həmin turist şprisi özü də dolaba qoya bilər. Elə bir hal baş versə yəqin ki otelə şikayət daxil olardı. Turisti tapıb məhkəməyə verə bilərik”, – deyə fikirlərini tamamlayan Rafiq bəy bu vəziyyətdə otel işçilərindən kiminsə görüntüdə olmasının vacib olduğunu açıqlayıb.

Nihat HÜSEYNZADƏ
BAKU.WS