VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"ARB Ulduz" un “Virtual Həyat” verlişinin qonağı xalq artisti Flora Kərimova olub.

Xalq artisti qızını hər dəfə yola salanda canından can ayrıldığını deyib:

“Hava limanında qızımı qarşılayanda gözlərim dolur. Anayam, qarşılayanda düşünürəm ki, 10-15 gün burdadır, sonra onu yola salacam. Mənə çox çətindir”.

Flora Kərimova kövrəkliyin övladları ilə bağlı olduğunu dilə gətirib:

“Övladlarımın fikrini çəkirəm. Onları görmək istəyirəm. Çox ərkəsöyün, dəymədüşər olmuşam. Bütün varlığım övladlarıma aiddir, oğluma qızıma, iki nəvəmə aiddir. Çox nigaran yaşayıram”.

Flora Kərimova ilə olan heniş reportajı bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

BAKU.WS