VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıt şəhərində meyiti tapılan 21 yaşlı gəncin intihar etdiyi məlum olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bir neçə gün bundan öncə Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Nahid adlı gəncin meyiti yaşadığı mənzildə aşkar edilib.

Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları gəncin intihar etdiyini müəyyənləşdiriblər.

Mərhumun dostlarının dediyinə görə, Nahidin külli miqdarda borcu olub. O, intihar etdiyi gün telefonla dostlarına "bu gün məndən surpiriz görəcəksiniz" mesajını göndərib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS