VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Nəsimi rayonunda iki evdə yanğın baş verib.

BAKU.WS-in FHN-ə istinadən verdiyi məumata əsasən, ümumi sahəsi 80 m² olan ikimərtəbəli 5 otaqlı evdə 1 otağın tavanı 10 m² sahədə, qapı və 2 ədəd pəncərə çərçivəsi 4 m² sahədə, həmçinin ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı qonşu evin mətbəxinin tavanı 5 m² sahədə və damında tikilmiş yardımçı tikili 12 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Xəsarət alan şəxsə yerində ilkin yardım göstərilib.

Hər iki evin qalan hissəsi və yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

BAKU.WS