VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Abşeron rayonunda, təxminən, 30-35 yaşında qadın özünü asaraq intihar edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, Xırdalan şəhər sakini, Ağamalıyeva Nərmin Elxan qızı özünü asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

İntihar edən qadının musiqi müəlliməsi olduğu deyilir. Mərhumun azyaşlı bir qızı var.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

BAKU.WS