SİZİN REKLAM BURADA!
055 213 76 73



Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

ARB TV xəbər verir ki, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusunun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Qazax rayon sakini Ziyalı Zahid oğlu Orucov ölüb.

Avtobusun sürücüsü və 12 sərnişin xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Ziyalı Orucovun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Sərnişin: “Bakıdan Gürcüstana gedirdim. Birdən qışqırtı qopdu, maşın dərədən aşağı düşdü”.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS