055 213 76 73
Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində 6 nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “VAZ 2106”-nın sürücüsü Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı, həmçinin “VAZ 2107”-nin sərnişinləri olan Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Nazim Əliabbas oğlu, 1994-cü il təvəllüdlü Xankişizadə Mehdi Ağabala oğlu, 1992-ci il təvəllüdlü Bədəlov Orxan Fərhad oğlu və 1986-cı il təvəllüdlü Bayramov Pərviz Əlizahir oğlu ağır xəsarətlər alaraq hadisə yerində dünyasını dəyişib.