SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb.

"Nizami" Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlayıb.

BAKU.WS