SİZİN REKLAM BURADA!
055 213 76 73



Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

BAKU.WS
xəbər verir ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də ümumi çəkisi 1,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Süleymanovdan 5,41 qram heroin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə A.Süleymanovun yaşadığı evdən isə nömrəsi silinmiş qaz tapançası və 1 kiloqram 35 qram tiryək aşkar edilərək götürülüb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağasadiq Rəhimovdan isə 405 qram marixuana götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

BAKU.WS