SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Antalya şəhərində "Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammitinə məktub aparan şəxslər saxlanılıb.
 
BAKU.WS-in məlumatına görə, tələb və tənqidlərin yazıldığı məktub götürmək üçün şəhər mərkəzindən yola çıxan "Halkevleri və Öyrenci Kolektifi"nin 4 üzvü saxlanılıb. 
 
Qeyd edək ki, bu gün Türkiyənin Antalya şəhərində "Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti öz işinə başlayır. İki gün davam edəcək sammitin gündəliyinə qlobal iqtisadi məsələlər, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi məsələlər daxil edilib. 
 
Sammitin yekun kommünikesi daxilində terrorla mübarizə məsələsinə dair xüsusi bəyanatın qəbul ediləcəyi, həmçinin qaçqınlara yardım və miqrasiya problemi ilə bağlı müəyyən qərarların razılaşdırılması gözlənilir.

Şahin Həbibov
BAKU.WS