» » Baş Prokurorluqda bəzi tikinti şirkətləri barəsində cinayət işi başlandı


01-03-2018 | 20:06

  • 839

Baş Prokurorluqda bəzi tikinti şirkətləri barəsində cinayət işi başlandı


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və 3 fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində 3 hüquqi şəxs barəsində Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanıb.

“İ.N.V.” MMC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, digər iki hüquqi şəxs barəsində başlanmış cinayət işləri üzrə istintaq yekunlaşmaq üzrədir.

Göstərilənlərlə yanaşı, araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları ilə bağlı digər prokuror təsir aktlarının tətbiq edilməsi də təmin edilib. Belə ki, 11 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması), 1 hüquqi şəxs barəsində isə həmin məcəllənin 198.0.1-ci (əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə inzibati icraatın başlanması haqqında qərarlar qəbul edilib.
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib, 12 halda fiziki şəxslərə və hüquqi şəxslərin rəhbərlərinə rəsmi xəbərdarlıq edilib. Yol verilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə Vergilər Nazirliyinə 9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə 11 təqdimat göndərilib. Hazırda 5 hüquqi və 2 fiziki şəxs barəsində araşdırmalar davam etdirilir.

Araşdırmalar zamanı aşkar edilmiş faktlar üzrə əvvəllər əmək müqaviləsi olmadan işə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanması təmin edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlığını bundan sonra da davam etdirəcək.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Prezident və xanımından Zabit Səmədova jest (FOTO) Prezident və xanımından Zabit Səmədova jest (FOTO) Əsas Xəbər / İdman İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video Mirşahin: “...  hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim” Mirşahin: “... hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim” Siyasət Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Zaurun verilişində GƏRGİN ANLAR: Zaurun verilişində GƏRGİN ANLAR: "Səni "karset Afət" kimi tanıyırlar" (VİDEO) Şou-biznes / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Bakı polisi Milli Şuranın mitinqi barədə məlumat yaydı Bakı polisi Milli Şuranın mitinqi barədə məlumat yaydı Siyasət Azərbaycanda dörd gün TV və radio işləməyəcək Azərbaycanda dörd gün TV və radio işləməyəcək Sosial “İrşad Telekom”un rəhbərini öldürüblər? - İDDİA və DOSYE “İrşad Telekom”un rəhbərini öldürüblər? - İDDİA və DOSYE Kriminal
Son əlavəПоследние публикации
Günün ulduz falı - 23 yanvar
23 yanvar 2019

Günün ulduz falı - 23 yanvar

723 Həyat tərzi
Ölkədə qızıl və gümüşün qiyməti düşdü
22 yanvar 2019

Ölkədə qızıl və gümüşün qiyməti düşdü

53 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
22 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

86 İqtisadiyyat
Bölgələrdə maye qaz bahalaşıb - VİDEO
22 yanvar 2019

Bölgələrdə maye qaz bahalaşıb - VİDEO

203 Video / Sosial