SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda metroda sərnişinin halı pisləşib. 

BAKU.WS-in hadisə yerində olan əməkdaşının sözlərinə görə, "Gənclik" metrostansiyasında 24-25 yaşlı xanım qəfil özünü pis hiss edib. 

Dərhal ətrafdakı insanlar ona yaxınlaşaraq yardım göstərib. Oturacağa əyləşdiliən qıza ilkin tibbi yardım göstərilib. 

Sərnişinin sonradan vəziyyətinin nisbətən normallaşdığı bildirilib. 

Rəşad Əliyev
BAKU.WS