SİZİN REKLAM BURADA!
055 213 76 73



Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib.
 
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən xəbərə görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

BAKU.WS