SİZİN REKLAM BURADA!
055 213 76 73



İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov vəfat edib. Bu barədə ANS PRESS-ə onun yaxınları məlumat veriblər. 


BAKU.WS-in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, E.Behbudov bu gecə qəfildən ölüb. "Evdə oturduğu yerdə qəfildən ürəyindən ağrı tutub və o keçinib". 


Tanınmış hüquq-müdafiəçisi şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. 


Hüquq müdafiəçisi son açıqlamasını ANS PRESS-ə bir neçə gün öncə vermişdi. O, Sabunçu Rayon Polis İdarəsində saxlanılan dindarlarla bağlı danışmışdı. "Onların səhhəti yaxşıdır. Heç birinə də cinayət işi açılmayıb".


Bu günlərdə o yenidən Sabunçu hadisələri ilə bağlı saxlanılanlarla görüşməyi planlaşdırırdı.


E.Behbudov 23 fevral 1960-cı ildə Bakı şəhərində anadan olub. O, Bakı Ali Partiya Məktəbinin Politologiya fakültəsi, Ədliyyə Nazirliyi yanında Hüquqi Kadrlarının Təkmilləşdirmə İnstitutu, E.Sialkovski adına Moskva Dövlət Tenoloji Universitetinin Hüquq fakültəsində təhsil alıb. 


İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) 2002-ci ildə tanınmış alimlər və hüquqşunaslar tərəfindən təsis olunub. Təşkilat 30.06.2005-ci il tarxidə AR Ədliyyə Nazirliyindən Qeydiyyatdan keçib. Təşkilat məqsədi insan hüquqlarının müdafiəsini təşkil etmək, işgəncə qurbanlarını aşakar etmək, onları müəyyənləşdirdikən sonra onlara hüqui yardım gostərək, işgəncə vermiş güç strukturlarının əməkdalarını ifşa etmək, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssələrini və orada saxlanılan şəxslərin vəziyyətini monitorinq etməkdir. Komitənin sədri Еlçin Bеhbudov 14-17 fеvral 2005-ci il tarixlərdə Bеynəlxalq Həbsxana Rеforma təşkilatının Gürcüstan Rеspublikasının Bakuriani şəhərindəki 3 günlük və ATƏT-in xətti ilə Avstriyanın Vyana şəhərindəki ATƏT-in mərkəzi ofisində "Insan haqları və işgəncə” mövzusunda 14-17 iyul 2005 tarixlərində kеçirilən bеynəlxalq konfranslarda iştirak və çıxış еdib.


Elçin Behbudov güc strukturlarında müvəqqəti saxlanma yerləri üzrə ATƏT-in eksperti olub. Həmçinin ATƏT İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin daimi tərəfdaşı idi. 


Allah rəhmət eləsin!


Ziya Səccad
BAKU.WS