SİZİN REKLAM BURADA!
055 213 76 73



İstanbulda məşhur kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) Türkiyənin yeraltı dünyasının məşhur liderlərindən hesab edilən Sedat Pekerlə bir araya gəlib.

BAKU.WS-in məlumatına görə, bu barədə kriminal avtoritet şəxsi Instagram hesabında paylaşım edib. 

Foto qısa zamanda böyük marağa səbəb olub. Ancaq görüşün hansı səbəbdən baş tutduğu məlum deyil.

"Qanuni oğru" həbsdən çıxan kimi Gürcüstana, oradan Türkiyəyə gedib. Hazırda isə o İstanbulda yaşayır.

Qeyd edək ki, “Lotu Quli” azadlığa çıxdıqdan sonra köhnə dostları və tanışları ilə bir araya gəlmişdi. Bunların arasında Türkiyənin yeraltı dünyasının məşhur liderlərindən hesab edilən Sedat Peker də var idi.
 
BAKU.WS