SİZİN REKLAM BURADA!
055 213 76 73



Masallı rayon sakini, 57 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Bakı şəhər sakini, 57 yaşlı Natiq Əliyevin idarə etdiyi "Toyota" markalı avtokran toqquşub.

ARB TV xəbər verir ki, qəza nəticəsində mikroavtobusda olan sərnişinlər-Masallı rayon sakinləri, 18 yaşlı Asif Qardaşov və 17 yaşlı Şəbnəm Musayeva hadisə yerində dünyasını dəyişib.

50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov isə xəsarətlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Qəzada dünyasını dəyişən Asif Qardaşov BDU-nun 1-ci kurs tələbəsi imiş. Onun qardaşının da keçən il avtoqəzada həyatını itirdiyi deyilir.

Fakt araşdırılır.

BAKU.WS