055 213 76 73
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla bağlı daha bir məlumat yayılıb.
BAKU.WS criminal.az-a istinadən xəbər verir ki, sabiq nazirin Şüvəlanda yerləşən bağ evinə polis və prokurorluq əməkdaşları gəlib və ev nəzarətə götürülüb.
Qeyd edək ki, Əli Abbasov nazir postunu 2004-cü ildən tuturdu. O, 2001-2004-cü illərdə Milli Məclisin derputatı olub.
BAKU.WS