SİZİN REKLAM BURADA!
055 213 76 73



Suraxanı rayonunda zorlama hadisəsi baş verib. Nişanlı toya qədər gözləyə bilməyib və gələcək həyat yoldaşı ilə onun iradəsinə zidd olaraq cinsi əlaqədə olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Suraxanı rayon hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, fevralın 11-də Suraxanı qəsəbə sakini, 40 yaşlı A.Q. polisə müraciət edib.

Qadın bildirib ki, yeni il gecəsi (31 dekabr 2017) onun 2002-ci il təvəllüdlü qızı evlərinə qonaq gəlmiş nişanlısı – 1996-cı il təvəllüdlü Gürcüstan vətəndaşı M.Q. tərəfindən zorlanıb.

Zorlamazdan əvvəl gəncin nişanlısına psixotrop maddə verdiyi bildirilir. Hadisənin üstü bir ay yarım sonra açılıb, qızın hamilə qaldığı ortaya çıxıb.
Hələlik fakt üzrə heç kim saxlanılmayıb, 31 saylı polis bölməsi fakt üzrə araşdırma aparır.

BAKU.WS