SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağdaş rayonunda məscid yanıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, rayonun Göyəkənd kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli kənd məscidinin yanar konstruksiyaları və içərisində olan əşyalar 130 m2 sahədə yanıb.

Yanğından məscidin qalan hissəsi mühafizə olunub.

BAKU.WS