SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda gənc qadın oğurluq edib.

ARB TV xəbər verir ki, Bakı şəhər sakini Əliağa Kərimov Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda tanışı yaşayır və dəfələrlə orada qonaq olub. Gecə saatlarında isə o, oğurluq məqsədi ilə həmin mənzilə daxil olub:

Fəridə Miriyeva – Saxlanılan şəxs: “Girdim qapı açıq idi. Yatmışdılar. Getdim götürdüm. Pulu da özüm üçün xərclədim. 1600 dollar və 300 manat idi”.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS