VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahmar Yusibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Yusibov 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadis ötən il iyulun 18-də saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Yevlax rayon sakini Ş.Yusubov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

BAKU.WS