VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda sakinlərdən biri içərisində 5000 manatlıq texniki vasitələr olan çantanı taksidə unudub.

BAKU.WS-in məlumatına görə, Fərid Əliyev adlı sakin bildirir ki, xaricdən gələrkən aeroportda taksiyə minir.

Taksidən düşəndə isə içərisində texniki vasitələr olan çantasını maşında unudub.

O, taksi sürücüsünü xeyli axtarsa da tapa bilməyib. Lakin sürücü Fərid Əliyevi taparaq 5 min manat dəyəri olan texniki vasitələri qaytarıb.

Fərid Əliyev isə bunun qarşılığında taksi sürücüsünə 300 manat hədiyyə verib.

BAKU.WS