SİZİN REKLAM BURADA!
055 213 76 73



“Mən əməliyyatı əvvəldən axıra qədər özüm etməmişəm”.

BAKU.WS xəbər verir ki, özü-özünü liposaksiya (piy sovurma əməliyyatı) etdiyini bildirən və sosial şəbəkədə video paylaşan bariatrik-estetik cərrah Mübariz Məmmədli teleqraf.com-a açıqlamasında belə deyib.

Cərrah belə bir əməliyyatın qeyri-mümkünlüyü iddiasından danışarkən bildirib ki, bədənini köməkçisi keyidib: “Paylaşdığım videodan da aydın görünür ki, əməliyyatı mən özüm icra edirəm. İnanmıralar, deyirlər ki, özü edə bilməz. Düzdür, əməliyyatın bir hissəsini köməkçim, kiçik hissəsini də özüm etmişəm.

Ümumilikdə əməliyyat 1 saat çəkdi, onun cəmi ilk 10-15 dəqiqəsini mən etmişəm. Əməliyyatı əvvəldən axıra kimi özüm etməyi planlaşdırmamışdım. Sadəcə əlcəkləri geyinib, belə bir addım atdım, o da böyük səs-sədaya səbəb oldu”.

Qeyd edək ki, plastik-estetik cərrahın özü-özünü əməliyyat etməsinə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov da münasibət bildirib. O, bu məsələni qeyri-ciddi adlandırıb: “Bunlar ciddi məsələlər deyil. Belə məlumatlarla bağlı jurnalist tədqiqatlarının aparılmasına ehtiyac var”.

Hacıqulu Bağırov qeyd edib ki, həkimin özünü əməliyyat etməsi praktiki baxımdan mümkün ola bilməz: “İndi bütün dünyada əməliyyatların hamısı keyləşdirmə altında aparılır. Keyləşdirmə mərkəzi sinir sisteminə təsir göstərir. Keyləşdirmə altında olan şəxs öz-özünü necə əməliyyat edə bilər?! Ona görə də bunlar ciddi məsələlər deyil”.

BAKU.WS