SİZİN REKLAM BURADA!
055 213 76 73



Qadın futbolçular arasında Türkiyə çempionatının III Liqasında XIV qrupun "Yeni Burduspor" - "Antalya Demirspor" matçının son dəqiqələrində kütləvi dava olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunun bitməsinə az qalmış matçda dava düşüb. Ehtiyat oyunçular skamiyasında yer alanların da müdaxiləsindən sonra qarşıdurma şiddətlənib.

Qadın futbolçuların davasına məşqçilər və polislər müdaxilə edib. Oyunun baş hakimi görüşü yarımçıq dayandırıb. Futbolçuların arasında ciddi xəsarət alanlar da olub. Bəzi futbolçuları xəstəxanaya aparıblar. 

Qeyd edək ki, meydan sahiblərinin 4:1 hesabı ilə öndə olduğu vaxt meydanda gərginlik yaranıb.

İman
BAKU.WS