SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

BAKU.WS