SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda iki avtomobil hotelə çırpılıb.

APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Neftçilər prospektində, “Park İnn” hotelinin qarşısında qeydə alınıb. “Mercedes” markalı avtomobil “London” taksisi ilə toqquşub və hər iki avtomobil idarəetməni itirərək hotelin qarşısındakı maneəyə çırpılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, qəza nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

BAKU.WS