SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd ərazisində "Mersedes" markalı "99 GT 578" dövlət nömrə nişanlı avtomobilin qarşısına inək çıxması nəticəsində "Ford" markalı "99 HC 833" dövlət nömrə nişanlı avtomobil və daha bir "Mersedes" markalı avtomobillə toqquşub.

Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan şəhər və Sabirabad rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS