VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda teleaparıcı və aktrisa Könül Yusifqızına qarşı hücüm olub.

Aktrisa bu barədə BAKU.WS-ə məlumatında bildirib. Aparıcı qonşusu Rafi adında şəxsdən şikayətçidir.

Çox böyük stress yaşamışam. Toya getdiyim yerdə qonşum hücüm etdi mənə. Səbəb isə odur ki, maşınımı guya onun yerində saxlamışam. Binanın xüsusi dayanacağı yoxdur, kim harda gəldi maşını saxlayır. Yəni heç nədən məni təhqir etməyə başladı. Maşında da 8 yaşlı uşağım oturmuşdu. Uşağımın yanında başladı qışqırmağa, söyüş söyməyə, qapını açıb uşağıma əl-qol atdı. Bizi küçə söyüşləri ilə təhqir etməyə başladı. Mənim "şuba"mı əl-qol ataraq cırdı”, - deyə aparıcı bildirib. 

Aktrisa əlavə edib ki, hadisə zamanı 102-yə zəng edib. K.Yüsifqızı Xətai rayon 36-cı polis bölməsində izahat yazıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Tuncay
BAKU.WS