SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsin adı məlum olub.

BAKU.WS-in "Report"a istinadla məlumatına görə, Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsi Ə.Nəsibovu şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev bıçaqlayaraq qətlə yetirib.

İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, qətlə yetirilən Ə.Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Bundan xəbər tutan qızın qardaşı T.Hacıyev onu söhbət etmək üçün çağırıb və Ə.Nəsibovu öldürüb.

Hadisəni törədən şəxs daha sonra qaçıb.

Hazırda hüquq mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

BAKU.WS