VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nəsimi Rayon Məhkəməsində Bakıda qatardan qaçan məhbus Əli Ağaminin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

"Report"un əldə etdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Ağaminin həbs müddəti daha iki ay artırılıb.

Qeyd edək ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ə.Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Nəsimi Rayon Məhkəməsi Ə.Ağaminin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

Xatırladaq ki, 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.

Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağami və digərlərinə hökm oxuyub. Məhkəmənin hökmü ilə Ə.Ağami 19 il, Məhəmməd Heydərov ("Maqa Hacıqabullu"), Tahir Məlikov ("Marojna") və Əfsər İbrahomovun hər biri isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS