VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda zəncirvari yol qəzası baş verib.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospektində baş verib.

Prospektdə hərəkət edən beton qarışdıran yük maşını "Toyota - Prado" və "Hyundai-Santafee" ilə toqquşub. Qəza nəticəsində Mətbuat prospektində böyük tıxac yaranıb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib. Yol polisləri prospektdə hərəkəti bərpa etməyə çalışır.

Qəzada avtomobillərə ciddi ziyan dəyib.

BAKU.WS