SİZİN REKLAM BURADA!
055 213 76 73



“British Airways” şirkətinin “Boeing 777” təyyarəsi dekabrın 11-də Bakıda məcburi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan BAKU.WS-ə bildiriblər ki, Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib.

Müvəffəqiyyətlə yerə enən təyyarə hazırda Bakı aeroportundadır və texniki baxışdan keçirilir.

Təyyarənin içərisində 135 sərnişin və 17 heyət üzvü olub.

BAKU.WS