VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxtda yaşayış evində partlayış olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb. Röyal Qəhrəmanova məxsus evdə kondisionerdə qısaqapanmadan ani partlayış baş verib. Nəticədə ev sahibi və həmin vaxt evdə olan Rəşad Əsgərzadə yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS