» » Salyanlı manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışıb: “Məni saymırdılar...” (FOTO)


08-12-2017 | 17:33

  • 4 824

Salyanlı manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışıb: “Məni saymırdılar...” (FOTO)


Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Fərhad Məhərrəm oğlu Əliyev tərəfindən qətlə yetirilən 56 yaşlı Mehparə Əliyevanın və 4 qızı - 1961-ci ildə anadan olmuş İradə Əliyevanın, 1991-ci ildə anadan olmuş Ümidə Əliyevanın, 1998-ci ildə anadan olmuş Rəqibə Əliyevanın və 1987-ci ildə anadan olmuş Sevda Əliyevanın cəsədlərinin qalıqları məhkəmə-tibbi ekspertizasından keçdikdən sonra bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

BAKU.WS xəbər verir ki, virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə ana və dörd övladının cəsədlərinin qalıqları bu gün Salyan şəhər qəbristanlığında dəfn olunub.

Oğlu ilə birləşərək 2014-cü ildə arvadını və dörd qızını öldürüb yaşadığı evin altında basdıran qatil istintaqa ifadəsində bu dəhşətli cinayətin motivini danışıb. “Sputnik” agentliyi Salyan hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, qatil Fərhad Məhərrəm oğlu Əliyev dindirmə zamanı arvadını və qızlarını “onu saymadıqları üçün” öldürdüyünü deyib.

Xatırladaq ki, bu ailənin bütün yükü ananın çiyinlərində olub, o, min əzab-əziyyətlə qızlarını böyüdüb. Ata isə içki düşgünü olub, əyyaşlıqla məşğul olaraq ailəsinə baxmayıb.

“Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət etmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm”-qeyri-insani əməli törədən cinayətkar müstəntiqlərə bildirib. O, qətli oğlu ilə birlikdə necə törətdiklərini də danışıb. Qatil müstəntiqlərin “beş nəfəri birdən necə öldürdün?” sualına cavab olaraq deyib ki, oğlu Fəqanla birlikdə arvadını və qızlarını əvvəlcə ayrı otaqlara salıb və qapını bağlayıb, sonra öldürüb.

Qatil deyib ki, həmin gün onunla arvadı arasında mübahisə yaranmışdı, qızlar isə analarının tərəfini tuturdu.


Virtualaz.org-a o da məlum olub ki, salyanlı manyak-qatil qətliamı törətdikdən sonra arvadının ağzından qızıl dişlərini söküb. Çünki cəsədin eksqumasiyası zamanı qadının qızıl dişlərinin söküldüyü üzə çıxıb. Habelə cani qızlarından birinin qızıl boyunbağısını da meyitin üstündən götürüb, deyilənlərə görə onu hadisədən bir müddət sonra boyunbağını satarkən görüblər.

Xəbər verdiyimiz kimi cinayətkar arvadı Mehparəni, qızları Rəqibəni, Sevdanı, Ümidəni və İradəni qətlə yetirdikdən sonra onların meyitlərini evin yataq otağının altında, zirzəmidə yer qazaraq basdırıb. Həmin vaxtdan Mehparə və qızları itkin düşmüş şəxslər kimi axtarışda olublar. Lakin nəyə görəsə heç kimin ağlına gəlməyib ki, beş nəfər ailə üzvünün itkin düşməsinə görə F.Əliyevi və oğlunu dindirsin, ondan izahat alsın. Bu dəhşətli qətlin üstü isə təsadüfən Xoşqədəmin “Səni axtarıram” şousuna görə açılıb. Proqramda Mehparə və qızlarının Türkiyəyə getdiyi haqda ehtimalın müzakirəyə çıxarılmasından sonra cinayətkarlar bunu “qeyrətlərinə” sığışdırmayıblar və polisə gedib törətdikləri əməli etiraf ediblər.


Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmış , cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev saxlanılıblar.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Prezident və xanımından Zabit Səmədova jest (FOTO) Prezident və xanımından Zabit Səmədova jest (FOTO) Əsas Xəbər / İdman İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video Mirşahin: “...  hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim” Mirşahin: “... hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim” Siyasət Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Zaurun verilişində GƏRGİN ANLAR: Zaurun verilişində GƏRGİN ANLAR: "Səni "karset Afət" kimi tanıyırlar" (VİDEO) Şou-biznes / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Bakı polisi Milli Şuranın mitinqi barədə məlumat yaydı Bakı polisi Milli Şuranın mitinqi barədə məlumat yaydı Siyasət Azərbaycanda dörd gün TV və radio işləməyəcək Azərbaycanda dörd gün TV və radio işləməyəcək Sosial “İrşad Telekom”un rəhbərini öldürüblər? - İDDİA və DOSYE “İrşad Telekom”un rəhbərini öldürüblər? - İDDİA və DOSYE Kriminal
Son əlavəПоследние публикации
Dolların bu günə olan məzənnəsi
23 yanvar 2019

Dolların bu günə olan məzənnəsi

18 İqtisadiyyat
Günün ulduz falı - 23 yanvar
23 yanvar 2019

Günün ulduz falı - 23 yanvar

752 Həyat tərzi
Ölkədə qızıl və gümüşün qiyməti düşdü
22 yanvar 2019

Ölkədə qızıl və gümüşün qiyməti düşdü

54 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
22 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

89 İqtisadiyyat
Bölgələrdə maye qaz bahalaşıb - VİDEO
22 yanvar 2019

Bölgələrdə maye qaz bahalaşıb - VİDEO

204 Video / Sosial