SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əfqanıstanda Taliban nəzarətində olan Gor vilayətində zina etməkdə günahlandırılan Roksana adlı gənc bir qadın, daşlanaraq öldürülüb.

BAKU.WS məlumat verir ki, 3 noyabr tarixində yayımlanan kadrlarda qadının daşlanaraq öldürüldüyü əks olunub. Videonun 25 oktyabr tarixində çəkildiyi bildirilir. 30 saniyəlik videoda çuxura yerləşdirilən 19-21 yaşlarında bir qadının ətrafındakı kişilər onu daşlayaraq öldürüblər. 

Gor vilayətinin valisi Sema Coyenda gənc qadının ailəsinin onun zorla ərə verməyə çalışdığı üçün sevdiyi şəxslə qaçdığını bildirib. Buna görə qadın tapılaraq Talibanın dini liderləri və üzvləri tərəfindən daşlanaraq öldürülüb.
 
BAKU.WS