SİZİN REKLAM BURADA!
055 213 76 73



Xırdalanda yaşayış binasında yanğın olub.

ARB TV xəbər verir ki, binanın birinci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri və 8 ədəd su sayğacı yanıb.

Baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 36 nəfər bina sakinini təxliyə edib. Yanğın zaman 9 nəfər zəhərlənib. Binanın çardağı və mənzillər yanğından mühafiəz olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

BAKU.WS