SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəzər dənizində balıqçı qayığı batıb.
 
BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Niyazabad kəndinə yaxın ərazidə baş verib. İlkin məlumatlara görə, havanın küləkli olması səbəbindən batan qayıqda 3 nəfər balıqçı olub. Hələlik balıqçıların kimliyi məlum deyil və onların axtarışları davam edir.
 
Xəzər dənizində itkin düşən balıqçıların adları da məlum olub. Bunlar Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.
 
BAKU.WS