SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Dünən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda - Xaqani küçəsi ev 39, mənzil 12 ünvanında 1971-ci il təvəllüdlü Şahtaxtinski Əli Məhəmməd oğlunun bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

 
BAKU.WS
-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Onun meyiti istilik batareyasından asılmış vəziyyətdə aşkar olunub.


Ə.Şahtaxtinskinin cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:51-də başa çatıb.
 
Araşdırmalar nəticəsində məlum olub ki, Əli Şahtaxtinski oktyabr ayının 10-dan itkin düşüb və ayın 23-dən barəsində axtarış elan edilib. O, Xaqani küçəsindəki mənzildə kirayə yaşayırmış.
 
Kütləvi informasiya vasitələrində bildirilir ki,  Əli Şahtaxtinski məşhur akademik Toğrul Şahtaxtinskinin nəvəsidir. T.Şahtaxtinski AMEA-nın Kimya Problemləri İnstitutunun direktorudur.

Ziya Səccad
BAKU.WS