VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Fövqəladə Hallar Nazirliyi Salyanda 2 azyaşlının ölümü nəticələnən dəhşətli yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Salyan rayonu, Boranıkənd kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə Novruz qızı və 2013-cü il təvəllüdlü Bəhrəmli Ceyranxatun Novruz qızının yanmış cəsədləri aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKU.WS