SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın Tula şəhəri yaxınlığında "Moskva-İrəvan" avtobusu qəzaya düşüb.
 
BAKU.WS-in məlumatına görə, hadisə nəticəsində 59 sərnişin daşıyan avtobus aşıb. Yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
 
Aşan avtobusda azyaşlıların olmadığı bildirilir. Qəza zamanı xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya aparılıb. Hazırda polis qəzanın başvermə səbəblərini araşdırır.

İlkin ehtimal kimi, qəzaya 59 sərnişin daşıyan avtobusun nasaz vəziyyətdə olması və ya sürücünün sükan arxasında yatması ehtimalı göstərilir. 

 
Şahin Həbibov
BAKU.WS