VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin Çanaqqala şəhərində sərnişin avtobusu TIR-la toqquşub.
 
BAKU.WS-in məlumatına görə, qəza gecə saatlarında Keşan-Gelibolu magistral yolunda qeydə alınıb. İçərisində təxminən 50 sərnişin olan avtobus gübrə yüklü TIR-a arxadan dəyib.
 
Qəza zamanı avtobusda olan Barış Kahraman (18), Serdar Örnekal (19), Hafize Dikmen (19), İnci Polat (27), Caner Kaya (18), Pınar Bayrak (44), Murat Okur (44), Erol Büyükerol (23 ), Celil Çobanoğlu (34), Buse Özsoy (20) və Azərbaycan vətəndaşı Juranov Məmməd (23) xəsarət görüb. Hadisədən sonra bölgəyə çox sayda təcili yardım, xilasetmə dəstələri və polis işçiləri cəlb edilib.
 
Yaralılar təcili yardımlarla Keşan Dövlət Xəstəxanası və Keşandakı özəl bir xəstəxanaya yerləşdirilib. Avtobusda olan və qəzanı yara almadan sovuşduran sərnişinlər isə başqa bir avtobusla İstanbula göndərildi. Sürücülər İbrahim Özdəmir və Eşref Yılmaz ifadələri alınmaq üçün Gelibolu Jandarmasına aparılıb. Qəza səbəbiylə təxminən 1,5 saat bağlanan yol nəqliyyat vasitələrinin hadisə yerindən qaldırılmasından sonra açılıb. 
 
Şahin Həbibov
BAKU.WS