SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Evdə saxlanılan aslan qonağın üstünə hücum çəkib.
 
BAKU.WS-in məlumatına görə, doğulduğu ilk aylardan etibarən ev heyvanı olaraq bir ailə tərəfindən bəslənən aslan yad adam gördüyü üçün əsəbiləşib və gənc oğlanın üzərinə atılıb.
 
Heyvan sahibinin iradından sonra qonaqdan əl çəkib. Ancaq buna baxmayaraq gənc oğlan aslanın hücumu zamanı xəsarət alıb. Onun beli və qolu kəsilib.
 
Meşələrin kralı olaraq ad qazanmış aslanlar heyvanlar içərisində hər zaman ən qorxulanı olub. Ancaq bu ailə qəbul olunan təbiət qanunlarına zidd olaraq aslanı evində saxlayır. Ailə aslana qayğı göstərir və ona ev heyvanı kimi davranır. 
 
BAKU.WS